Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:16

Filippində tayfun nəticəsində ölənlərin sayı 10 min nəfərə çatıb


Filippin

Filippin

-
Flippinin təkcə bir regionunda – Leyte əyalətində “Hayan” tayfunu nəticəsində ölənlərin sayı on minə çatıb.
Bu barədə yerli polisin səlahiyyətli nümayəndəsi məlumat verib. Məlumata görə, bu hələ ilkin hesablamalardır. Polisdən o da bildirilib ki, əyalətin 70 faizdən də çox ərazisi ciddi dağıntıya məruz qalıb. Hakimiyyət də artıq yüzlərlə sakinin ölməsi xəbərini rəsmən təsdiqləyib.
Hazırkı siklon bugünədək dünyada görülmüş ən güclü siklonlardan sayılır. Cümə günü “Hayan” Flippinin mərkəzi hissəsində yərləşən altı adaya zərbə endirib. Küləyin sürəti saatda 275 kilometrə çatıb, dalğanın hündürlüyü 5-6 metr olub.
Proqnozlara görə, bazar ertəsindən tayfun Vyetnama doğru istiqamət alacaq və daha da güclənəcək. Vyetnamda artıq yüzlərlə insan evlərindən evakuasiya olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG