Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:44
-
Filippində əsən «Haiyan» qasırğası 1200-dən çox adamın həyatına son qoyub.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin təbii fəlakətlə bağlı noyabrın 9-da yaydığı məlumatda belə deyilir.

Qasırğa Filippinə noyabrın 8-də çatıb. Rabitə kəsilib, yüzlərlə təyyarə reysi təxirə salınıb, nəqliyyatın hərəkəti dayanıb. Bir çox təhsil müəssisəsi bağlanıb.

Güclü qasırğa həm də daşqınlar və torpaq sürüşmələri ilə müşayiət olunmaqdadır.

Qasırğa Vyetnama doğru irəlilədiyindən onun zərər vura biləcəyi ərazilərdən yüz minlərlə əhalinin köçürülməsinə başlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG