Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:51
-
Müsavat Partiyası Lənkəran təşkilatının üzvü Fikrət Əhmədov rayon polis şöbəsinə aparılıb.

Ondan izahat alındıqdan sonra buraxılıb.

Fikrət Əhmədov AzadlıqRadiosuna bildirib ki, onun polisə aparılması qardaşı ilə əlaqədardır.

Onun sözlərinə görə, Tofiq Əhmədov o vaxtları Sovet hərbi hissəsində çalışıb. Onun silahla bağlı heç bir əlaqəsi olmayıb. Ona böhtan atırlar. O deyir ki, o vaxtdan 20 ildən çox vaxt keçməsinə baxmayaraq absurd ittihamlarla qardaşının həbs edilməsi gülməlidir.

Fikrət Əhmədovun qardaşı Tofiq Əhmədov 3 aydır ki, həbsdə yatır.

Günün bütün mövzuları

XS
SM
MD
LG