Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:06

Statistika Komitəsi muzdlu işçilərin sayını açıqlayıb


-
2013-cü il oktyabrın 1-ə olan məlumata görə, Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 500 min nəfərdən çox olub.

Dövlət Statistika Komitəsinin məlumatında belə deyilir.

Onlardan 900 min nəfərə yaxını dövlət, 603 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.

Muzdla işləyənlərin 22 faizdən çoxu təhsildə, 19 faizə yaxını ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində çalışıb.

Qalanları sənaye, xidmət, tikinti və s. sahələrin payına düşür.

Məlumata görə, 2013-cü ilin yanvar-sentyabr aylarında muzdla çalışanların orta aylıq əməkhaqqı 415 manat olub. Bu da ötən ilin müvafiq dövrü ilə nisbətdə 6.9 faiz çoxdur.
XS
SM
MD
LG