Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:30
-
«Yeni Müsavat» qəzeti Obama-nın İlham Əliyevə göndərdiyi məktubdan yazır. Yazı «Obama-nın təbrikinin müxalifət dilinə tərcüməsi» adlandırır:

«Təəssüf ki, bəziləri yenə də baş verənlərdə soyuqqanlı yanaşa bilmirlər. B.Obama-nın məktubunda «təbrik» sözünün olub-olmaması elə də böyük önəm kəsb etmir. ABŞ bir çox hallarda avtoritar rejimlərin başçılarına «təbrik» sözü olmadan məktub göndərir, lakin bu, heç də həmin hakimiyyətlərlə Ağ Evin əməkdaşlığında problem yaratmır».

AYDIN MİRZƏZADƏ: OBAMANIN MƏKTUBU...

«Media forum» saytına müsahibəsində YAP üzvü, deputat Aydın Mirzəzadə Barack Obama-nın məktubunu ABŞ-ın Azərbaycanda keçirilən prezident seçkisini demokratik qəbul etməsinin göstəricisi sayır:

«ABŞ prezidenti sadəcə diplomatik etiket nümunəsi göstərmir, Azərbaycanla indiyə qədər olan əlaqələri daha da dərinləşdirmək, yeni layihələr üzərində işləmək istəyini ortaya qoyur. Obama-nın məktubu Amerika Birləşmiş Ştatlarının 9 oktyabr seçkisini tanımadığı, seçkiyə mənfi qiymət verdiyi barədə deyilənlərə son verdi. ABŞ-ın bəzi dövlət institutları seçki ilə bağlı qeyri-obyektiv fikir səsləndirmişdilər. Amma Azərbaycan buna dair öz fikrini bildirdi, mövqeyini, həm də real vəziyyəti ortaya qoydu. Bu gün ABŞ rəhbərliyi Azərbaycanda seçkidən sonra formalaşan hakimiyyətlə münasibətdə olmaq niyyətini, hakimiyyətin demokratik seçki nəticəsində formalaşdığını qəbul etdiyini ortaya qoyur».

«CƏMİL HƏSƏNLİNİ SƏDR SEÇMƏK CƏMİYYƏTİ ÇAŞDIRAR»

«Milli Şuradakı partiya və liderlər arasında çox ciddi rəqabət gedir».

Bunu «EL» Hərəkatının sədr müavini, Milli Şuranın üzvü Zəfər Quliyev apa-ya açıqlamasında deyib: Milli Şuranın mitinqi - 12 oktyabr 2013

Milli Şuranın mitinqi - 12 oktyabr 2013


«Seçkidən sonra heç bir əsas olmadan Rüstəm İbrahimbəyovu Milli Şura sədrliyindən kənarlaşdırmaq və Cəmil Həsənlini sədr seçmək cəmiyyəti çaşdırar. Milli Şura məhz Rüstəm İbrahimbəyovun təşəbbüsü ilə bu formatda yarandı. Eyni zamanda Cəmil Həsənlinin vahid namizəd seçilməsini də məhz o istəyib. Bildiyimə görə, Cəmil Həsənli heç vaxt Rüstəm İbrahimbəyovun sədrlikdən kənarlaşdırılmasına razılıq verməz».

«MİLLİ ŞURA MÜSAVATIN AXIRINA ÇIXACAQ»

«Azərbaycan» qəzeti isə yazır ki, Milli Şura Müsavatın axırına çıxacaq.

Qəzet burda müxalifətin keçirdiyi mitinqlərin də rolunun olduğunu vurğulayır:

«Müsavatın axırına çıxan məsələlərdən biri də seçkilərdən sonra keçirilən sönük mitinqlər oldu. Daha doğrusu, keçirilən mitinqlər nə «Milli Şura»nın, nə də özlərini yalnız müşahidəçi kimi aparan digər müxalifət partiyalarının xeyrinə oldu. Bu, həm də müxalifətin nəinki ölkə əhalisinin, həm öz partiya tərəfdaşlarının, həm də namizədlərinə səs verənlərin etimadını qazana bilməməsi demək idi. Demək, şoular bitdi. «Milli Şura» isə Müsavatın axırına çıxdı. Bu həngamələrdə AXCP-nin oynadığı rolun ifaçılarının səsləri isə hələ ki, pərdə arxasından gəlir».

Ramiz Mehdiyev

Ramiz Mehdiyev

«RAMİZ MEHDİYEV YAP-DAN BİR QƏDƏR DƏ ARALI DÜŞDÜ»

«Azadlıq» qəzeti Ramiz Mehdiyevin YAP-dan bir qədər də aralı düşdüyünü yazır.

YAP İdarə Heyətinin 7 noyabr iclasında partiyanın sədr müavinləri arasında iş bölgüsünün aparılması və müxtəlif sahələr üzrə 12 komissiyanın yaradılması barədə qərar qəbul olunub.

Qəzet hesab edir ki, hakim partiyadakı vəzifə bölgüsündə Ramiz Mehdiyevin əleyhdarlarına üstünlük verilib:

«Hətta o səviyyədə ki, onun «vurduğu» şəxslərə hakim partiyada vəzifə verilib. Bu sırada PA-nın sabiq şöbə müdiri, hazırda «Azərsutikinti» ASC-nin sədri Yusif Hümbətovun və AzTV-nin keçmiş şefi Nizami Xudiyevin adlarını çəkmək olar. Bu şəxslər məhz Ramiz Mehdiyev tərəfindən «vurulub». Ümumiyyətlə, siyahıda Ramiz Mehdiyevə yaxın şəxslərdən yalnız PA-nın ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovu göstərmək olar».

Şərhləri göstər

XS
SM
MD
LG