Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:11

Azərbaycanla İran arasındakə sərhəd-keçid məntəqələri açılacaq


Azərbaycan-İran sərhəd ge-keçid məntəqəsi

Azərbaycan-İran sərhəd ge-keçid məntəqəsi

Azərbaycan-İran arasındakı bağlanmış sərhəd-keçid məntəqələrinin yaxın vaxtlarda açılacağı gözlənilir.

Poldəşt sərhəd məntəqəsində hər iki ölkə sərhədçilərinin görüş keçirilib.İranın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, görüşdə iki ölkə arasında sərhədlərin bağlanması ilə bağlı yaranmış problem müzakirə olunub.Bağlanmış sərhəd-keçid məntəqələrin yaxın vaxtlarda açılacağı gözlənilir.

Qeyd edək ki, bu gün İranın Azərbaycandakı səfirliyi Biləsuvar və Culfa sərhəd-keçid məntəqələrinin bağlanması ilə bağlı bəyanat yayıb.Bəyanatda bildirilir ki, bu addıma səbəb Azərbaycan sərhədçilərinin noyabrın 6-da Poldəşt-Şahtaxtı sərhəd-keçid məntəqəsini bağlamasıdır. İran iki gün gözlədikdən sonra buna cavab olaraq Azərbaycan tərəfinə qabaqcadan məlumat verərək Biləsuvar və Culfa sərhəd-keçid məntəqələrini bağlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG