Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:23

Akif Muradverdiyevin məhkəməsinə hazırlıq iclası keçiriləcək


Akif Muradverdiyev
Akif Muradverdiyev
Noyabrın 15-də Xəzər rayon məhkəməsində prezidentin keçmiş işlər müdiri Akif Muradverdiyevin məhkəməsinə hazırlıq iclası keçiriləcək.Bu barədə Turana vəkil Rəşad Mirmehdizadə məlumat verib.

Akif Muradverdiyev iyunun 20-də Moskvaya gedərkən Bakı Hava limanında tutulub. O qaçaqmalçılıqda ittiham olunur. Muradverdiyev ittihamı rədd edir .

O 2005-ci ilin oktyabrında- parlament seçkiləri qabağı də həbs edilib və dövlət çevrilişinə hazırlıqda günahlandırılıb. Sonradan iqtisadi cinayətlərə görə 6 il azadlıqdan məhrum edilib.2008-ci ilin yanvarında isə bu şərti cəza ilə əvəzlənərək azadlığa çıxıb.
XS
SM
MD
LG