Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:01
-
Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın ictimai baxışı keçirilib.

Teatrın mətbuat xidmətindən AzadlıqRadiosuna verilən xəbərə görə, Abdulla Şaiqin eyniadlı əsəri əsasında hazırlanmış “Danışan gəlincik” balaca tamaşaçılar üçün nəzərdə tutulub.

İkihissəli nağıl-tamaşanın quruluşçu rejissoru Əməkdar Artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Əməkdar İncəsənət Xadimi Gövhər Həsənzadə, rejissoru Müşfiq Əliyev, rejissor assistenti Günay Qasımovadır.

Tamaşada əməkdar artistlər Gülər Nəbiyeva, Leyli Vəliyeva, aktyorlar Günel Məmmədova, Simuzər Ağakişiyeva, Zülfiyyə Alhüseynova, Zümrüd Quliyeva, Elşən Hacıbabayev, Anar Seyfullayev, Mehriban Hüseynova, Güşvər Şərifova və b. iştirak edir.

Şahzadə olduğuna görə heç kimlə oynamağa icazə verilməyən və özünü tək-tənha hiss edən Rəmziyyə bu təkliyi ancaq yuxuda unudur.

Hər gün röyalarında danışan gəlinciklər görən və özünü çox xoşbəxt hiss edən qızcığaz valideynlərindən tələb edir ki, ona danışan gəlincik alsınlar.

Naəlac qalan valideynlər dayə və vəzirin çıxış yolu olaraq təklif etdikləri fikri qəbul edirlər...

Tamaşada əhvalatlar varlı şah sarayında və kasıb daxmada baş verir...

Premyera noyabrın 16-da saat 12.00 və 15.00-da olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG