Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:23

«Azərbaycan ədəbiyyatının əlyazma qaynaqları» çapdan çıxıb


Azərbaycan ədəbiyyatının əlyazma qaynaqları

Azərbaycan ədəbiyyatının əlyazma qaynaqları

-
«Elm və təhsil» nəşriyyatında MEA Əlyazmalar İnstitutunun şöbə müdiri, professor Azadə Musabəylinin «Azərbaycan ədəbiyyatının əlyazma qaynaqları» adlı kitabının I cildi çapdan çıxıb.

İnstitutdan AzadlıqRadiosuna verilən məlumata görə, monoqrafiyada Azərbaycan əlyazma kitablarının yaranma-yayılma arealı, tarixi təkamülü, spesifikası, elmi təsnifatı, əlyazma kitabların ədəbiyyatımızın başlıca qaynağı olması ilə bağlı araşdırmalar aparılıb.

Türkiyədə, Misirdə, Bağdadda yaranan Azərbaycan, Azərbaycanda yaranan Türkiyə ədəbiyyatının nadir əlyazma qaynaqları ilk dəfə kompleks şəkildə tekstoloji-filoloji baxımdan müqayisəli tədqiq edilib.

400 səhifəlik kitabın elmi redatoru professor Möhsün Nağısoyludur.

Günün bütün mövzuları

XS
SM
MD
LG