Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:42

İranın nüvə proqramı ilə bağlı ilkin razılıq əldə oluna bilər


Michael Mann
Michael Mann
Cenevrədə İranın nüvə proqramı ilə bağlı qızğın iş getdiyi və danışıqlarda irəliləyiş olduğu xəbər verilir.

Bu barədə Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Catherine Ashtonun sozçüsü Michael Mann məlumat verib.O İran və onunla danışıqlar aparan 6 dünya ölkəsinin razılaşmaya yaxın olduqlarını qeyd edib.

Söhbət İranın nüvə proqramının məhdudlaşdırılması və bunun əvəzində ona qarşı tətbiq edilmiş sanksiyaların yüngülləşdirilməsindən gedir.

Qeyd edək ki, İranla danışıqlarda ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya iştirak edir.

Rusiyanın xarici işlər naziri Sergei Lavrov bildirib ki, tərəflər Tehranın nüvə proqramı ətrafında yaranmış vəziyyətlə bağlı razılığa gələ bilərlər.Sergei Lavrov Cenevrə danışıqlarında iştirak eləmir.

Qərb İranı gizlicə nüvə silahı üzərində işləməkdə günahlandırır. Tehran ittihamı rədd edir, nüvə proqramının dinc məqsədli olduğunu deyir.
XS
SM
MD
LG