Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 23:59
-
Britaniya mediası London Kral Universitetində (King’s College London, University of London) çalışan alimlərin araşdırmalarına dayanaraq maraqlı bir məlumat yayıb.

Təbabət alimlərinin fikrincə, gündə bircə alma yeməklə 16-17 yaş gənc qalmaq olar.
Alimlər sınaqların gedişində 25-45 yaşlı qadınlara yarım il boyunca hər gün bir alma yediriblər.

Qadınların 25 il sonrakı sağlamlıq durumunu və xarici görünüşünü proqnozlaşdırmaqla bircə almanın orqanizmi 17 yaş cavanlaşdıra biləcəyi üzə çıxarılıb.

Alimlərin fikrincə, almanın tərkibindəki polifenol və flavonoid hüceyrələrdə gedən turşulaşmanı tənzimlədiyindən orqanizm cavanlaşır.

Beləcə, ürəyin, qaraciyərin və mədəaltı vəzin fəaliyyəti də yaxşılaşır, bağırsağın mikroflorası və zəhərli maddələrin ifrazı qaydasında qalır. Bütün bunlar, istər-istəməz, sifətdə və baxışlarda da əksini tapır.

Qadının sağlamlıq və gözəlliyinə almanın möcüzəli təsirinə əmin olan mütəxəssislər bunu sınaqdan keçirməyi kişilərə də məsləhət görürlər.

Şərhləri göstər

XS
SM
MD
LG