Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:31

Yeni nazir, yeni büdcə [Video]


-


«İşdən Sonra» verilişində hərbi ekspertlər İsa Sadıqov, Üzeyir Cəfərov və Emin Həsənli 2014-cü il büdcəsinin müdafiə xərclərindən danışırlar.

«Büdcədən hərbi xərclərə ayrılan 4 milyard vəsait bütövlükdə güc strukturlarının saxlanması üçün nəzərdə tutulub. Bunların içərisində ən böyük qurum Müdafiə Nazirliyidir. Çünki qurumun üzərinə ərazi bütövlüyünün müdafiəsi və Azərbaycanın təhlükəsizliyi kimi vacib vəzifə düşür. Bugünədək ayrılan pullar düzgün, təyinata görə istifadə olunmayıb» - Üzeyir Cəfərov belə hesab edir.

İsa Sadıqov hərbiyə ayrılan xərclərin orduya faydası olmadığını deyir:

«20 il ərzində bir dəfə də olsun hökumət hesabat verməyib ki, orduya nə qədər silah-sursat alınıb. Bu tip məlumatlar sirr deyil. Mənə elə gəlir ki, büdcədən hərbiyə ayrılan şişirdilmiş vəsaitin orduya heç bir aidiyyəti yoxdur. Belə olsaydı, əsgər ölümləri, özbaşınalıqlar olmazdı. 1994-cü ildən bəri kütləvi surətdə silah-sursat, texnika sıradan çıxarılmayıb. Bəs alınan silah-sursat hara gedir?».

Emin Həsənli isə hərbiyə ayrılan xərclərin səmərəli xərcləndiyini hesab edir:

«Sevindirici haldır ki, hər il hərbiyə ayrılan xərclər artır. Hər il müasir silahlar alınır. Büdcədən ayrılan vəsait ordunun saxlanması və silahlanmasına xərclənir. Ən müasir texnikalar hər il paradda nümayiş olunur. Milli Məclisin, Nazirlər Kabinetinin iclaslarında da hərbi büdcənin xərcləri ictimaiyyətə çatdırılır».

Emin Həsənli hərbçilərin sosial təminatının da diqqətdə olduğunu deyir:

«Hərbiçilərə mənzillərin verilməsi diqqətdədir. 2 ildən artıqdır ki, hər il zabitlərə mənzillər verilir. Bundan sonra da proses davam edəcək. Hərbçilərin əməkhaqqı da ildən-ilə artır və artacaq».

Şərhləri göstər

XS
SM
MD
LG