Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:22

İran Biləsuvar və Culfa sərhəd-keçid məntəqələrini bağlayıb


Foto arxiv

Foto arxiv

-
İran Azərbaycanla Biləsuvar və Culfa sərhəd-keçid məntəqələrini bağlayıb.

İran səfirliyinin məlumatına görə, buna səbəb Azərbaycan tərəfinin Poldəşt-Şahtaxtı keçid məntəqəsini bağlaması və sərhəddin açılmasıyla bağlı cəhdlərin nəticə verməməsidir.

Bəyanatda bildirilir ki, naməlum şəxs məntəqənin yaxınlığında traktora atəş açdığına görə Azərbaycan tərəfi noyabrın 6-dan keçid məntəqəsini bağlayıb və bu, iranlı sürücülər və vətəndaşlara ciddi əngəllər yaradıb.

Bəyənatda qeyd edilir ki, beynəlxalq normalara görə, sərhədçilər, adətən bu cür insidentləri görüşüb yerində həll edirlər. Hazırda danışıqlar gedir.

Günün bütün mövzuları

XS
SM
MD
LG