Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:33

Xaçmaz rayonunun Xraxoba kəndinin adı dəyişdirilə bilər


Xaçmaz rayonunun Xraxoba kəndi Palıdlı kəndi adlandırıla bilər. Milli Məclisinin Regional məsələlər komitəsinin noyabrın 8-də keçirilən iclasında bu məsələ müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, komitə sədri Arif Rəhimzadə bildirib ki, bu ərazi Samur çayının sahilində yerləşir və ətrafı palıd meşəliyi ilə əhatə olunub.

Onun sözlərinə görə, orada yaşayan sakinlər Xraxoba sözünün mənasını bilmədiklərindən bu kəndin adının dəyişdirilməsini təklif ediblər və bununla bağlı sənədlər hazırlanaraq müvafiq qurumlara göndərilib: “Kənd sakinləri həmin əraziyə Palıdlı adının verilməsini istəyiblər. Həmin ərazilərdə vaxtı ilə ruslar məskunlaşmışdı, 2 il bundan əvvəl onlar oradan köçürüldülər. Bu proses Rusiya və Azərbaycanın razılaşması əsasında həyata keçirilib".

Qanun layihəsi müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG