Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:32

Metronun «Avtovağzal» və «Memar Əcəmi-2» stansiyaları nə vaxt açılacaq


-
Bakı Metropoliteni 2014-cü ilin mayında yeni, "bənövşəyi" xəttin ilk iki stansiyasını - "Avtovağzal" və "Memar Əcəmi 2"-ni istismara verməyi planlaşdırır. Trend-in məlumatına görə, bu barədə noyabrın 8-də jurnalistlərə Bakı Metropoliteninin rəisi Tağı Əhmədov bildirib.

Onun sözlərinə görə, bu iki stansiyadan başqa, daha üç "bənövşəyi" stansiyanın və "yaşıl" xəttin üç stansiyasının tikintisi aparılır. İnşa işlərində ləngimə olmasa, onlar 2016-cı ildə istismara veriləcəklər.

Metropoliten rəhbəri bildirib ki, hazırda işlər qrafikə uyğun gedir: "Tunellərin çəkilişində müasir qurğulardan istifadə etdiyimizə görə ləngimələr topraqların alınması prosesi ilə bağlı ola bilər".

Onun sözlərinə görə, yeni stansiyalar üçün topraq sahələrinin alınması prosesi kompensasiyanın məbləğinin müəyyən edilməsi yolu ilə davam etdirilir. Kompensasiya bir sıra meyarlarla, habelə obyektin yerləşdiyi yerdən, yaşayış və yardımçı sahənin ölçüsündən asılı olaraq müəyyən edilir.

T.Əhmədovun fikrincə, torpaqların alınması prosesində narazılıq yaranması, həmçinin məhkəmə araşdırmalarının olması təbii prosesdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG