Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:41

Noyabrın 9-da Bakıda Cırtdanın adını daşıyan festival açılacaq


Cırtdan
Cırtdan
-
Noyabrın 9-dan 16-dək Bakıda Mədəniyyət və Turizm Nazirliyi UNİMA Beynəlxalq Kukla Teatrları Assosiasiyası ilə birgə II Beynəlxalq Kukla Teatrları Festivalı keçirəcək.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi xalq nağılının sevimli qəhrəmanı Cırtdanın adını daşıyan festivalın açılış mərasiminin noyabrın 9-da saat 10:30-da Azərbaycan Dövlət Kukla Teatrında olacağını açıqlayıb.

Festival çərçivəsində 11 ölkədən kukla teatrları - Azərbaycandan A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı, Qax Dövlət Kukla Teatrı, Böyük Britaniyadan Dorset Kukla Teatrı Kompaniyası, Yaponiyadan "Yuki" Teatrı, İtaliyadan Teatro Verde Burattini, "Kapra Ballerina", Bolqarıstandan Tarqovişte Kukla Teatrı, Xorvatiyadan "Zorin dom" Karlovaç Şəhər Teatrı, İsveçrədən "Le Ginyöl A Roulettes" Kukla Teatrı, Macarıstandan İvet Bojik Kompaniyası, Tatarıstandan "Ekiyat" Tatar Dövlət Teatrı çıxış edəcək.

Festival zamanı UNİMA-nın icra komitəsinin toplantısı keçiriləcək.

Toplantıda nüfuzlu beynəlxalq teatr təşkilatlarının rəhbərləri - UNİMA-nın prezidenti Dadi Dorab Pudumyee (Hindistan), UNİMA-nın baş katibi Jak Trüdeu (Paris), Teatr Tənqidçiləri Beynəlxalq Assosiasiyasının Baş Katibi Mişel VAİS (Kanada), BTİ-nin Yaxın Şərq Ölkələri üzrə koordinatoru İbrahim ASSİRİ (Səudiyyə Ərəbistanı), UNİMA-nın icra komitəsinin üzvləri Tamiko Naito (Yaponiya), Manuela Moran Martinez (ABŞ), Migel Angel Lorefais (Argentina), Karen Anne Smit (Avstraliya), Zang Fan (Çin), Nina Monova (Rusiya), Rafaele Fleuri (Fransa), Anqel Kasado Qarretas (İspaniya), Knut Alfsen (Norveç), İda Xledikova (Sloveniya), Pyer-Alen Roll (İsveçrə), Roni Alfons Antoin Aelbrext (Belçika), Qreta Mariya Brugeman (Belçika) və başqaları iştirak edəcəklər.

Noyabrın 9-dа saat 09:30-da Azərbaycan Dövlət Kukla Teatrında media nümayəndələri üçün mətbuat konfransı da keçiriləcək.

Festival “Azərbaycan Teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramına uyğun olaraq keçirilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG