Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:54

Tymoshenko-nun Almaniyada müalicəsini təmin etmək üçün bir həftə vaxt verilib


Yulia Tymoshenko
Yulia Tymoshenko
-
Sabiq baş nazir Yulia Tymoshenko-nun Almaniyada müalicəsinin qanuni yollarını müəyyələşdirmək üçün Ukrayna parlamentinə bir həftə vaxt verilib.

Parlament sədrinin müavini Ruslan Koshulinsky-nin sözlərinə görə, Avropa Birliyi ilə Assosiativ Razılaşmanı imzalamaqdan ötrü Ukrayna noyabrın 13-dək keçmiş baş nazirin xaricdə müalicəsinin qanuni yolunu tapmalıdır.

Deputatlar cinayət məsuliyyətinə cəlb olunan şəxslərin xaricdə müalicəsinə yol açan qanunu dartışırlar.

Sabiq baş nazir Tymoshenko vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə 7 il müddətinə həbs edilib.

Qərb onun həbsini siyasi xarakterli sayır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG