Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:09

Culfa gömrüyündə problem yaranıb


Foto: Arxiv
Foto: Arxiv
-
«Culfa gömrüyündə Azərbaycan vətəndaşları Naxçıvana buraxılmır».

Bu barədə AzadlıqRadiosuna məntəqədə olan Naxçıvan sakini Vahid Həsənov məlumat verib:

«Mən öz avtomobilimlə səhər tezdən Bakıdan Biləsuvar gömrüyünə gəldim. Ordan keçib İran ərazisi ilə Culfa gömrüyünə qədər gəldim, amma burdan bizi buraxmırlar. Haradasa 2 minə yaxın adam yığılıb, heç kimi buraxmırlar».

Vahid Həsənovun dediyinə görə, İran tərəfi yaranan problemi noyabrın 5-də sərhəddə baş verən insidentlə əlaqələndirir.

Rəsmi «Şərq Qapısı» qəzetin yazdığına görə, noyabrın 5-də Şərur rayonunun Dəmirçi kəndi yaxınlığında Araz çayı üzərində sahilbərkitmə işləri aparan traktora İran ərazisindən atəş açılıb.

Azərbaycan sərhədçiləri hadisə yerində olublar. Müəyyən edilib ki, güllələrdən ikisi traktorun radiatoruna, biri isə sürücü kabinəsinin yan hissəsinə dəyib.

Qəzet hadisə ilə bağlı qarşı tərəfin məlumatlandırıldığını və izahat tələb edildiyini yazır.

Culfa Gömrük Məntəqəsindən AzadlıqRadiosuna bildiriblər ki, əhalinin İrandan Naxçıvana keçməsində hər hansı problem yoxdur:

«Naxçıvandan İrana keçmək istəyənləri buraxmırlar».
XS
SM
MD
LG