Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:01

Ermənistan Avroasiya İqtisati Kommisiyası ilə memorandumu imzalayıb


Viktor Zubkov və Serzh Sarkisian
Viktor Zubkov və Serzh Sarkisian
Ermənistan Avroasiya İqtisati Kommisiyası ilə əməkdaşlıq memorandumu imzalayıb.

Bu kommisiyanın məqsədi keçmiş Sovet respublikalarını Rusiyanın başçılıq etdiyi vahid gömrük ittifaqına cəlb etməkdir.Sənədi çərşənbə günü Yerevanda Ermənistanın baş naziri Tigran Sarkisianla Vahid Gömrük İttifaqına daxil olan Rusiya, Belarus və Qazaxıstanın rəsmi nümayəndələri imzalayıb.

Qeyd edək ki, Ermənistan bu ilin sentyabrında Vahid Gömrük İttifaqına girmək fikrində olduğunu bildirmişdi.Avropa Birliyinin genişlənmə məsələri üzrə komisarı Stefan Fuele isə bildirib ki, əgər Yerevan bu ittifaqa qoşulsa, Avropa Birliyi ilə asosasiv saziş imzalaya bilməz.

Rusiya gömrük ittifaqını Avroasiya İqtisadi Birliyə çevirmək istəyir.
XS
SM
MD
LG