Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:21

Kəramət Böyükçöl. Cəfər Cabbarlı görürdü...


Kəramət Böyükçöl
Kəramət Böyükçöl
-

Onların anasını, bacısını söyürdü. Maşının arxasınca yüyürür və qışqıra-qışqıra deyirdi: Sizin ananızı, bacınızı belə eləyib pulunu verməsələr xoşunuza gələr?..


Kəramət Böyükçöl


CƏFƏR CABBARLI GÖRÜRDÜ


Cəfər Cabbarlının heykəlinin düz yanında iki kişi bir qadını döyürdü.

Qadın həm ağlayır, həm də qışqıra-qışqıra onu döyən kişilərə söyüşlər yağdırırdı. Ara vermirdi söyüşlərə. Nəfəs belə dərmirdi.

Kişilər dözmürdü buna. Hər söyüşün cavabı bir təpik idi. Təpik-təpik olmuşdu qadın.

Qadın əyninə kişi köynəyi geyinmişdi. Köynək ona çox gözəl yaraşırdı. Qadın elə bil kişiyə çevrilirdi. Əlləri, dodağı, ağzı, üzü, burnu kobudlaşırdı get-gedə. Səsi də kişi səsinə oxşayırdı.

Belə başa düşdüm ki, kişilər qadını o məsələ eləyib pulunu verməyiblər.

- Mənim pulumu verin - qadın haqlı-haqlı deyirdi.

Kişilər səbəb gətirirlər:

- Xoşumuza gəlmədin, vəssalam.

- Bəs niyə aparırdınız?

- Apardıq, yaxşı elədik. Bizi yaxşı təmin eləsəydin, pulunu verəcəkdik.

- Haqsızlar - qadın dedi.

Əlbəttə ki, qadın kişilərə inanmırdı. Onların bəhanəsi hesab eləyirdi bu sözləri və dil qəfəsə qoymurdu:

- Sizi Allaha tapşırıram. Ay Allah, hardasan? Allah, eşidirsən? Allah, bilirsən? Allah, görürsən? Allah, məni başa düşürsən? Allah, məni anlayırsan?

Kişilər elə bil Allah sözündən qorxdular. Tez mindilər maşına. Uzaqlaşdılar ordan.

- Hara gedirsiniz? Tez olun, pulumu verin - qadın əl çəkmirdi.

Onların anasını, bacısını söyürdü. Maşının arxasınca yüyürür və qışqıra-qışqıra deyirdi:

- Sizin ananızı, bacınızı belə eləyib pulunu verməsələr xoşunuza gələr?

Nədənsə, mənə elə gəldi ki, o qadın bunları pul üçün eləmir. O, elə bil özündən nəyinsə qisasını alırdı. Özündən nəyinsə acığını çıxırdı.

Kişilər çıxıb getdilər. Qadının dizləri yerə gəldi. O, ağlaya-ağlaya söyürdü və bütün bunları Cəfər Cabbarlı görürdü.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG