Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:44
-
Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə noyabrın 8-də saat 15:00-da Muzey Mərkəzinin akt zalında "Kukla" art qalereyası internet saytının təqdimatı keçiriləcək.

"Kukla" incəsənət qalereyası 2013-cü il aprelin 23-də açılıb.

Qalereyanın əsas vəzifəsi Azərbaycan və xarici ölkə tamaşaçılarını kukla sənəti sahəsində çağdaş bədii proseslərlə tanış etməkdir.

Bu sahədə kompleks tədbirlərə beynəlxalq və fərdi sərgilərin təşkili, ən yaxşı Avropa və yerli sənət ustalarının ekspozisiya mübadiləsi, profilli müəllif layihələrinin işlənilməsi, müsabiqə və ustad dərslərinin keçirilməsi daxildir.

Nazirliyin fikrincə, bütün bu tədbirlər kukla sənəti ustalarına öz peşəkarlıqlarını artırmağa, təkmilləşdirməyə və işlərinin dünyanın ən yaxşı sərgi salonlarında layiqincə təqdim olunmasına imkan yaradacaq.

Xəbərdə deyilir ki, Cənubi Qafqazda ilk dəfə Bakıda fəaliyyətə başlayan "Kukla" art qalereyası, bu sənət növünün inkişafına güclü impuls olmaqla yanaşı, şəhər əhalisi və qonaqları üçün sevimli ziyarət məkanına çevrilməkdədir.

Qeyd edək ki, "Kukla" incəsənət qalereyası Bakı şəhəri, Yusuf Məmmədəliyev küçəsi 14 ünvanında yerləşir.

Günün bütün mövzuları

XS
SM
MD
LG