Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:12
-
Naxçıvanda Araz çayında sahilbərkitmə işləri aparan traktor İran ərazisindən atəşə tutulub.

Bu haqda AzadlıqRadiosuna Şərur rayonun Dəmirçi kənd sakinləri məlumat veriblər.

Kənd sakinlərinin bildirdiyinə görə, hadisə noyabrın 5-i saat 18 radələrində baş verib. Sürücü özünü traktordan ataraq, güllələrdən yayına bilib.

Naxçıvan Sərhəd Qoşunlarından bu haqda danışmaq istəmədilər.

Naxçıvan Ali Məclisinin rəsmi orqanı olan «Şərq Qapısı» qəzeti isə 2013-cü il noyabrın 5-də Şərur rayonunun Dəmirçi kənd yaxınlığında baş verən insident haqqında məlumat verib. Bu məlumata görə, sahilbərkitmə işləri aparan traktora İran ərazisindən 2 nəfər hərbigeyimli şəxs atəş açıb. Qəzetin yazdığına görə, ərazidə xidmət aparan Azərbaycan sərhədçiləri atəş səslərini eşidib hadisə yerinə gəliblər. İlkin araşdırma zamanı müəyyən edilib ki, atılan 7.62 millimetrlik güllələrdən ikisi traktorun radiatoruna, biri isə sürücü kabinəsinin yan hissəsinə dəyib. Qəzetdə yazılır ki, traktorun yerləşmə vəziyyəti və güllələrin atılma istiqaməti atəşin İran İslam Respublikası ərazisindən açılmasını sübut edir.

«Şərq Qapısı»nda yazılanlara görə, hadisə ilə bağlı qarşı tərəf məlumatlandırılıb və izahat tələb edilib. Hal-hazırda isə təhqiqat-ekspertiza işləri davam etdirilir.

Şərhləri göstər

XS
SM
MD
LG