Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:49
-
Gürcüstanın yeni seçilmiş prezidentinin adniçmə mərasimi Tbilisidəki Radisson Blu Iveria Hotel-də keçiriləcək.

Bu barədə Gürcüstan xarici işlər nazirliyinin internet səhifəsində məlumat verilib.

Nazirliyin səhifəsində həmin gün keçiriləcək bütün tədbirlərin saatbasaat siyahısını yer alıb. Andiçmədən sonra Giorgi Margvelashvili ilk olaraq Gürcüstanın müstəqilliyi uğrunda həlak olanların xatirə memorialını ziyarət edəcək.

Sonra andiçmə mərasimin keçirildiyi hoteldə xarici nümayəndə heyətlərinin şərəfinə rəsmi nahar ziyafəti olacaq.

Sonra president Shota Rustaveli adına Akademik Dram Teatrında Gala konsertə qatılacaq.

Gürcüstan prezidentinin andiçmə mərasimi noyabrın 17-də keçiriləcək.

Turan İnformasiya Agentliyi Gürcüstan xarici işlər nazirliyinə istinadən yazır ki, Azərbaycan prezidenti İlham Əliyev də mərasimə dəvət olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG