Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:29

G. Əhmədova: Sən ölkənin hörmətli adamlarının adından yalan danışırsan


Noyabrın 7-də Gülər Əhmədovanın məhkəməsi davam edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçən prosesdə bu işdə adı keçən Sevinc Babayevanın bacısı ilə xalası ifadə verib.

Bacısı Təranə Səfərova Sevincin Gülər Əhmədova ilə restoranda balıq yeməsindən sonra zəhərləndiyini deyib.

Sevinc mənə dedi ki, Gülər Əhmədova ilə restoranda yemək yemişəm məni orda zəhərləyiblər. 1 saylı xəstəxana qəbul eləmədi, sonra getdik gömrük xəstəxanasına, 1 həftə orda qaldı. Qalib adlı həkim mənə dedi ki, bacını zəhərləyiblər, onun 6 ay ömrü qalıb. Sonra sağaldı, işlərinin başına qayıtdı. Təxminən payız ayları idi, evə gəldi, rəngi qapqara olmuşdu. Anama dedi ki, mən gedirəm Türkiyəyə müalicə olunmağa. 2 həftəyə qayıdacağam. 2 gün sonra Türkiyədən bizə zəng vurub yaxşı olduğunu dedi. Pulunun olub olmadığını soruşduq, bildirdi ki, qızıllarını özü ilə götürüb. Sonra bizə pulu olmadığı xəbər elədi. Mən, bacım oğlu Ayxanla ona pul apardıq. Bizi Sevincin qaldığı evin sahibi Səlcuq Ağlayanla oğlu qarşıladı. Sevinc pis gündə idi, rəngi solmuşdu, arıqlamışdı. Yatğa yorğan-döşəyi belə yox idi. Soyuducusu boş idi. Getdik ona geyim,yemək aldıq. Ona evdən bayıra çıxmağa icazə vermirdilər. Telefon əlaqələrini ancaq Səlcuqun nömrəsindən edirdi. Hər dəfə deyirdi ki, telefon zənglərim dinlənilir, artıq suallar verməyin. Sonra getdik bir restorana, ordan Gülər Əhmədova ilə skypela əlaqə saxladılar. Bacım dedi ki, siz səsinizi çıxarmayın ki, bilməsinlər siz burdasız. Gülər Əhmədova dedi ki, Sevinc sən narahat olma mən Ramiz Mehdiyevlə danışmışam, o da prezidentlə söhbət edib sən geci 5 günə qayıdacaqsan”.

Gülər Əhmədova Təranə Səfərovanın bu fikirlərinə etiraz edib, onun yalan danışdığını bildirib. “Sən burda yalandan hörmətli adamların adını çəkirsən”

Gülər Əhmədova onların Elşad Abdullayev tərəfindən öyrədildiyini bildirb.

“Elşad Abdullayev məhkəməyə də gəlmədi. “Skype”la da danışığa razı olmadı. Bunlar hamısı E. Abdullayevin qurmalarıdır. Sən mənim adımdan yox, həm də ölkənin hörmətli adamlarının adından yalan danışırsan”.

Gülər Əhmədova daha sonra Sevinc Babayevanın bacısına bəzi suallar verib.

“Bacının neçə universitet oxuduğunu bilirsənmi? Hansı işlərdə işləyib?, bacının Ayxandan başqa oğlu olubmu?” .

Təranə Səfərova isə sualların cavabını bilmədiyini deyib.

“Bu sualların cavabını sən yaxşı bilərsən, çünki onu sən idarə edirdin”.

Proses davam edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG