Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:35
-
Noyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində «Azadxeber.az» saytının baş redaktoru Nicat Əliyev və onun işi ilə bağlı təqsirləndirlən şəxslərlə bağlı proses davam edib.
Təqsirləndirilən şəxslərin bəziləri yekun çıxışlar ediblər. Növbəti proses noyabrın 13-ə təyin edilib.
Oktybarın 31-də dövlət ittihamçısı Nicat Əliyevə, Elvin Nəsirova, Ceyhun Səfərliyə 10 il, Qorxmaz Camalova, Valeh Abdullayeva 9 il, Samir Hüseynova 8 il, Elimxan Hüseynova 7 il, Emin Tofidi ilə Əli Əliyevə 6 il, Səfər Məmnmədova isə 5 il iş istəyib.
Nicat Əliyev mayın 20-də tutulub.
O, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ittiham olunur.
Nicat Əliyev ifadəsində ona elan olunan ittihamları qəbul etmir, bildirir ki, onu «Eurovision-2012» mahnı yarışması ərəfəsində cinsi azlıqların - gey paradın Azərbaycanda keçirilməsini pisləyən disklərlə görə həbs ediblər.
XS
SM
MD
LG