Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:24

Afinada polis ERT televiziyasının binasını tutub


-
Afinada polis hücumla keçmiş ERT televiziyasının binasını tutub. Binadan televiziyanın onlarla keçmiş əməkdaşı çıxarılıb. Sabiq əməkdaşlar bu ilin yayında hakimiyyətə etiraz olaraq binanı zəbt ediblər.
Məlumatlara görə, binanın tutulması zamanı polislə bəzi etirazçılar arasında qarşıdurma yaşanıb. Hüquq-mühafizə orqanları binanın qarşısına yığılan etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə ediblər.
İyun ayında Yunanıstan hakimiyyəti iqtisadi problemlər səbəbindən dövlət televiziyası olan ERT-nin fəaliyyətini dayandırıb. 2600 nəfərə yaxın əməkdaş işdən çıxarılıb.
Bundan sonra sabiq əməkdaşlar internet vasitəsi ilə televiziyanın yayımını davam etdiriblər.
Sözügedən televiziya bağlanandan sonra hakimiyyət “Public TV” adlı yeni televiziya kanalı açıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG