Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:18
-
7 noyabr medianın icmalı

GƏLƏN İLİN İNFLYASİYASI 10 FAİZDƏN YÜKSƏSK OLA BİLƏR
«Növbəti il üçün real inflyasiya səviyyəsi 10 faizdən yüksək ola bilər»
Bunu Turan informasiya agentliyinə müsahibəsində iqtisadçı Qubad İbadoğlu deyib. Onun sözlərinə görə, inflyasiyanın aparıcı xətti xidmət və ərzaq sektorunda bahalaşma ola bilər.
Qiymət artımının sosial narazılıqlara səbəb ola ehtimalarına gəldikdə iqtsadçı bunları deyib:
«Lakonik şəkildə mümkündür. Sosial narazılıqların kütləviləşməsi isə əhalinin münasibətindən və daha düzgün dəyərləndirmədən asılıdır. Əgər qısa müddət ərzində dəyərləndirmə aparılacaqsa, onda lakonik, istehlakçılar uzun müddət ərzində dəyərləndirmə aparacaqsa kütləvi sosial narazılıqların qeydə alınması mümkündür. İstənilən halda hökumətlə istehlakçılar və əhali arasında münasibətlərin gərginləşməsinə gətirib çıxaran bir qərar olar».
RAUF ARİFOĞLU: «CƏNAB PREZİDENT İMKAN VERMƏYİN Kİ...»
«Yeni Müsavat» qəzeti baş redaktor Rauf Arifoğlunun prezidentə müraciətini dərc edib:
Rauf Arifoğlu

Rauf Arifoğlu

«Cənab prezident, imkan verməyin ki, 24 yaşlı «Yeni Müsavat» qəzetini çökdürsünlər, məhv etsinlər və onun dayanmasına səbəb olsunlar».
Baş redaktor qəzetin satışına xeyli problemlərin yaradıldığını sadalayır və vəziyyətin ciddi olduğunu, hər gün qəzetin 500 manat itirdiyini qeyd edir.
«NEFT TƏLƏSİ»NDƏN «SOSİAL İNSULT»A QƏDƏR
«Bizim yol» Azərbaycanın «neft tələsi»nə düşdüyünü yazır. Qəzetə görə, korrupsiya və inhisarçılığın miqyası azalmasa, qarşıdakı 3 ildə ölkəni «sosial insult» yaxalaya bilər.
KALİNINQRADAKI AZƏRBAYCANLILAR QORXU İÇİNDƏ
Anspress Kalininqradakı azərbaycanlıların qorxu içində olduğunu yazır:
«Azərbaycanlıların regional-mədəni muxtariyyətinin başçısı Nadir Ağaevin dediyinə görə, Millətçilər tərəfindən Azərbaycan vətəndaşlarına qarşı təxribat cəhdləri Kalininqrada olub, amma uğurla nəticələnməyib».
Nadir Ağayev Kalininqradada növbəti dəfə xoşagəlməz halların baş verməməsi üçün burdakı azərbaycanlılar arasında maarifləndirmə işlərinə başladıalarını deyir. Hazırda Kalininqrad vilayətində 5 minə yaxın azərbaycanlı yaşadığı bildirilir.
FƏRQLİ MÜNASİBƏT…
«Azadlıq» qəzeti hakimiyyətə ATƏT-in Minsk qrupuna fərqli münasibətinin olmasında yazır. Qəzetə görə, YAP icra katibinin müavini Siyavuş Novruz ATƏT-in Minsk qrupunun fəaliyyətinə «barmaq silkələdiyi» halda dövlət başçısı ATƏT-in Minsk qrupunun fransalı və amerikalı həmsədrləri ilə görüşündə qurupun fəaliyyətini müsbət qiymətləndirdirib:
ATƏT-in bayrağı

ATƏT-in bayrağı

«Komanda hələ müəyyən edə bilməyib ki, ATƏT-in Minsk qrupu müsbət, yoxsa mənfi qiymətləndirilməlidir. Ümumiyyətlə, hakim komanda Qarabağ münaqişəsinin həllinin Minsk qrupunun fəaliyyətindən asılı olub-olmadığı haqda da məlumat verə bilmir».
«Yeni Azərbaycan» qəzeti yazır ki, radikal müxalifət artıq cəmiyyətin lağ obyektinə çevirilib:
«Dağıdıcı düşərgənin antimilli fəaliyyəti və qeyri-ciddi mövqeyi öz funksionerləri tərəfindən də etiraf edilir».
«TOPU AFFA-DAN ALIB YAZIÇILAR BİRLİYİNƏ VERMƏK LAZIMDIR»
«Mənim üçün futbol başın ayaqla oynanılan versiyasıdır. Oynayarkən ayağın da düşünməyə məhkumdur». Bu yazar Aqşin Yeniseyin «Futbol+»ə müsahibəsində futbola verdiyi bir cümləlik tərifdir.
Aqşin Yenisey «AFFA ilə Yazıçılar Birliyini necə müqayisə edərdiniz» sualına isə belə cavab verib.
«Mən onları müqayisə etməzdim. Çünki onlar ayrı-ayrı «meydanda oynayırlar». Mənə elə gəlir ki, topu AFFA-dan alıb Yazıçılar Birliyinə vermək lazımdır ki, həqiqəti üzə çıxaraq».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG