Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:15
-
Noyabrın 6-da Bakı Apellyasiya Məhkəməsi AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılın «İki sahil» qəzetinə qarşı şərəf, ləyaqət və nüfuzun müdafiəsinə dair iddiası ilə bağlı Yasamal Məhkəməsinin qərarından verilən şikayətə baxıb. Məhkəmə jurnalistin şikayətini rədd edib.

Məhkəmə mübahisəsi qəzetin 15 mart 2012-ci il tarixli buraxılışında dərc olunmuş «Xədicənin suçu nə?» sərlövhəli məqalə ilə bağlıdır. Həmin məqalədəki ifadələrin nüfuzuna, şərəf və ləyaqətinə, şəxsi və ailə həyatına hörmət hüququna zərər vurduğunu iddia edən Xədicə İsmayıl Yasamal Məhkəməsində şərəf, ləyaqət və nüfuzun müdafiəsinə dair dava açıb.

Jurnalistin vəkilləri məhkəmədən xahiş ediblər ki, X.İsmayılın şərəf və ləyaqətinə, şəxsi həyata hörmət hüququna, ifadə azadlığı hüququna müdaxiləni tanısın, «İki sahil» qəzetinin üzərinə 2 min AZN təzminat ödəmək, iddiaçıdan üzr istəmək, təkzib vermək vəzifəsi qoyan qətnamə qəbul etsin.

Yasamal Məhkəməsi 2013-cü ilin martında jurnalistin şikayətini rədd edib. Məhkəmə qərarını belə izah edib ki, «İki Sahil» qəzeti həmin məqalədə «Yeni Azərbaycan» qəzetində dərc edilmiş məlumatlardan təkrar istifadə edib.

MHİ-nin vəkilləri hər iki məhkəmənin qərarının qanunsuz olduğunu bildiriblər. Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti veriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG