Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:17

«Nizami Gəncəvi adına qızıl medal» təsis edilir


Nizami Gəncəvi adına Qızıl medal

Nizami Gəncəvi adına Qızıl medal

-
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin noyabrın 6-da keçirilən iclasında «Nizami Gəncəvi adına Qızıl medal»ın əsasnaməsi və təsviri müzakirə olunub. Təşəbbüsü akademik katib Rasim Əliquliyev açıqlayıb və bu medalın, əsasnamə layihəsinə görə, AMEA-nın ən yüksək mükafatı sayılacağını bildirib:

«Bu mükafatın hər il bir Azərbaycan aliminə və bir əcnəbi tədqiqatçıya mühüm əhəmiyyətli fundamental və tətbiqi elmi nəticə, əsər, kəşf və ixtirasına, eləcə də elmin inkişafında xüsusi xidmətlərinə görə verilməsi nəzərdə tutulur. AMEA-nın Rəyasət Heyəti və elmi bölmələrindəki alimlər «Nizami Gəncəvi adına Qızıl medal»a namizədliyini irəli sürə bilər».

AMEA-nın prezidenti Akif Əlizadə AzadlıqRadiosuna bildirib ki, bu medal tədqiqatçıları yeniliyə həvəsləndirəcək:

«Biz alimlərin əməyini, onların eləmə gətirdikləri yenilikləri, dünya elminə verdiyi töhfələri qiymətləndirməliyik. Medal ildə bir dəfə Azərbaycan alimlərinin uğurları, beynəlxalq elmə verdiyi töhfələr əsasında verilməlidir. Namizədlərə yaş məhdudiyyəti qoyulmayacaq. Bunun AMEA-da aparılan tədqiqatların artmasına, onların dünya səviyyəsinə qalxmasına dəstək olacağını düşünürük».
Rasim Əliquliyev iclas iştirakçılarını AMEA-nın Fəxri Fərmanının da əsasnaməsi ilə tanış də edib. Sənəddə qeyd olunur ki, Fəxri Fərmanla AMEA-nın üzvləri, elm və texnikanın inkişafında, elmi nəticələrin istehsalata tətbiqində, elmi-təşkilati işlərdə və yüksəkixtisaslı kadrların hazırlanmasında xüsusi xidmətləri olan görkəmli alim və mütəxəssisləri təltif olunurlar. Fərman 2 formada təqdim olunacaq

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG