Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:32

Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları Orxan Zeynalovla görüşüblər


Orxan Zeynalov

Orxan Zeynalov

Azərbaycanın Rusiyadakı konsulu Fuad Əliyev və səfirliyin müşaviri Ağalar Atamoğlanov həbsdə olan Azərbaycan vətəndaşı Orxan Zeynalovla görüşüblər.Onlar Orxan Zeynalovu istintaqın gedişiylə tanış edib, məhkəmənin ədalətli olması üçün vəkillə yaxından əməkdaşlığın vacibliyini bildiriblər.

Orxan Zeynalov isə saxlanma şəraitinin normal olduğunu deyib.Az sonra vəkil Viktor Anikuşkin də söhbətə qoşulub.

Orxan Zeynalov ötən ay Moskva sakini Egor Sherbakovun qətlində ittiham olunur. Bu insidentdən sonra polis miqrantlara qarşı vaxtaşırı reydlər keçirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG