Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:43

Müsavat partiyası məhkəmələrlə bağlı bəyanat yaydı


-
Müsavat partiyası noyabrın 4 və 5-də Şəki, Bakı və Lənkəranda başlayan üç məhkəmə prosesi ilə bağlı bəyanat yayıb. Bəyanatda İsmayıllı hadisələrində ittiham olunanların, NİDA-çıların, Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqovun məhkəmələrində medianın işinə yaradılan əngəllərdən bəhs olunur.

“Keçirilən hazırlıq iclaslarında təqsirləndirilən şəxslərin vəkillərinin qaldırdıqları və hakimlər tərəfindən təmin olunmayan vəsatətlərində bu məhkəmələrin sifarişli olduğu, siyasi qərarlar əsasında həyata keçirildiyi bir daha təsdiqini tapdı,” bəyanatda vurğulanır.

Müsavat Partiyası “hakimiyyətdən siyasi oyunlara son qoymağı, qurama ittihamlarla günahsız həbs olunan insanlara qarşı məhkəmə proseslərini dayandırıb, onların və ümumiyyətlə, ölkədəki bütün siyasi məhbusların azad olunmasını tələb edir”.

Günün bütün mövzuları

XS
SM
MD
LG