Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:40

«Qara Lenin» Londonda satışa çıxarılır


-
Andy Warhol--un «Qara Lenin» (Black Lenin) əsəri noyabrın 19-da Londonda keçiriləcək qrafika hərracında satışa çıxarılacaq.

Bu barədə «Bonham's» Hərrac Evinin saytında məlumat verilib.

Ekspertlər rəsm əsərini təxminən 50-70 min funt arasında qiymətləndiriblər (80-110 min dollar).

Rəsm əsəri Andy Warhol--un estamp seriyasından hələ onun sağlığında—1987-ci ildə üzü çıxarılmış surətdir.

Həmin il Andy Warhol--un əsərlərinin çapıyla məşğul olan Rupert Jason Smith 1 metr 75 sm. ölçüsündə 120 belə surət çıxarıb.

Noyabr hərracında Roy Lichtenstein-in, Henry Moor-un, Marc Chagall-ın, Pablo Pikasso--nun, Salvador Dali--nin və b. rəssamların da bu tipli əsərləri satışa çıxarılacaq.

Noyabrın 17-dən 19-dək əsərlər Londonda hərracdan öncə sərgilənəcək.

1987-ci ildə Warhol--un yaratdığı eyni portretdən iki fərqli rəngdə əsər çıxarılıb—qara və qırmızı.

Bu ay keçiriləcək hərraca «Qara Lenin» adıyla tanınan surət çıxarılacaq.

İkinci «Qırmızı Lenin» (Red Lenin) 2013-cü ilin martında «Christie’s» Hərrac Evinin düzənlədiyi auksionda 166 min dollara satılıb.

Yeri gəlmişkən, Andy Warhol--un «Qırmızı Lenin»i əvvəllər rus sərmayəçisi Boris Berezovsky--yə məxsus olub.

«The Times» qəzeti o vaxt biznesmenin borclarını və məhkəmə xərclərini ödəmək üçün «Qırmızı Lenin»i satdığını yazmışdı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG