Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:32
-
Noyabrın 9-dan 16-dək Azərbaycanda Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, «UNİMA»nın dəstəyi ilə «Cırtdan» II Beynəlxalq Kukla Teatrları Festivalı keçiriləcək.

Dövlət Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətindən AzadlıqRadiosuna verilən xəbərə görə, festival çərçivəsində nümayiş olunacaq tamaşalardan biri «Asılmış vəziyyətdə» adlanır.

Dorset Kukla Teatrı Kompaniyasının (Böyük Britaniya) tamaşası olan «Asılmış vəziyyətdə» Azərbaycan «British Council»un təşkilatçılığı ilə noyabrın 10-da saat 14:00 və 18:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında göstəriləcək.

Noyabrın 8-də saat 18:30-da layihənin təşəbbüskarı və təşkilatçısı - «Yarat» müasir incəsənət məkanında (Yay qalereyasında) tamaşanın quruluşçu rejissoru Stephen Mottram-ın da qatıldığı müzakirələr keçiriləcək.

Xəbərdə vurğulanır ki, «Asılmış vəziyyətdə» kukla tamaşası insan hərəkətlərinin diqqətlə izlənməsinə əsaslanır. Tamaşa yerin cazibə qüvvəsi və tarazlıq kimi adi hadisələrin tərəfimizdən hiss olunmasını dəyişdirir. İfaçılar tamaşaçıları fərqli qayda--qanunlara malik, sehrli, məzəli və poetik paralel aləmə çəkib aparır.

Tamaşada söz yoxdur və böyüklər üçün nəzərdə tutulub, amma yaradıcıların fikrincə, diqqətlə səhnəni izləyə bilən hər kəsə maraqlı gələcək.

Tamaşanın rejissoru Stephen Mottram Avropanın bir sıra kollec və teatr məktəblərində hərəkət və manipulyasiyalar üzrə dərs deyir.

O, İtaliyanın Pinerolo şəhərində MAAF Akademiyasının daimi müəllimidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG