Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:18

Münhendən xəzinə tapıldı- [Fotolar]


-
İndi dünya mətbuatı bu xəzinədən danışır.
Münhendəki bir şəxsi evdən Hitler Almaniyası dövründə “degenerativ sənət” (pozucu sənət - S.İ.) nümunəsi damğası vurularaq sahiblərindən müsadirə edilən təxminən 1500 civarında rəsm əsəri aşkar olunub.
FOCUS (Almaniya) dünyanın ünlü rəssamlarının- Pablo Picassonun, Matisse-in və Chagall-ın da olduğu kolleksiyanın dəyərinin 1 milyard dolları aşacağını söyləyib.
Xəzinədə modernizmin fərqli cərəyanlarına məxsus rəssamların saysız əsərlərindən başqa, Albrecht Dürerin əsərlərinin kolleksiyası, fransız rəssamlarının tabloları, hətta XV1-X1X əsr rəssamlarının işləri də var.
Xəzinə neçə onilliklərdir ki, Münhendəki Şvabinq rayonunda yerləşən bir binanın qaranlıq və zibilli mənzilində saxlanılırmış.
Mənzil Hitler dövrünün tanınmış art dileri Hildebrandt Gurlitt-in oğlu 80 yaşlı Corneliu Gurlitt-ə məxsus olub.
Hildebrandt Gurlitt Berlində muzey direktoru olub və 30-cu illərdə yəhudi keçmişinə (nənəsi yəhudi olub) görə işdən çıxarılıb.
III Reyx Gurlitt-ə modernist rəssamların əsərlərini xaricdə satmağa icazə verib.
Müharibədən sonra ata Gurlitt onda olan kolleksiyanın 1945-ci ildə Drezdenin bombardmanı zamanı məhv olduğunu bildirib.
Və daha irəli gedib: Nasistlərin əlindən qaçan kolleksiyaçı yəhudilərə kömək etdiyini bəyan edib və buna görə “repressiya qurbanı” sayılıb.
Ata Gurlitt 1956-cı ildə avtomobil qəzasında həlak olub. 1967-ci ildə onun həyat yoldaşı vəfat edib və xəzinənin taleyi oğul Gurlitt -in əlinə keçib.
İllər boyu xəzinə üstündə yaşayan Cornelius Gurlitt zaman-zaman rəsm əsərlərindən sataraq yaşamağa davam edib.
İndi onun 80 yaşı var. Alman qanunlarına görə, o həm xəzinəni gizlətməkdə, həm də vergidən yayınmaqda ittiham olunur.
C. Gurlitt təsadüfən ələ keçib. 2010-cu ildə İsveçrədən Almaniyaya qatarla qayıdarkən onun üstündə vətəndaşlıq vəsiqəsi olmayıb, əvəzində iri məbləğdə nağd pul aşkarlanıb.
Ondan şübhələnib Münhendəki evində axtarış aparıblar və xəzinə beləcə üzə çıxıb.
Əvvəlcə dövlət tapıntını gizli saxlayıb, daha sonra hər şey mətbuat vasitəsilə açıqlığa çıxıb.
Rəsm əsərlərinin toz-torpağın içində olduğu, amma yaxşı qaldığı deyilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG