Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:49

«Azərbaycanfilm»dən əhaliyə müraciət: «Köhnə əşyalarınızı bizə verin»


Foto: lent.az
Foto: lent.az
-
Bunu APA-ya açıqlamasında C.Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasının direktoru Müşfiq Hətəmov deyib.
«Azərbaycanfilm»in direktoru bütün Azərbaycan kinosevərlərinə və ictimaiyyət nümayəndələrinə müraciət edib: «Evlərində olan köhnə və lazımsız əşyaları - mebelləri, pal-paltarı bizə bağışlasınlar. Biz xüsusi qeydiyyat siyahısı da tərtib edə bilərik ki, məsələn, filan əşyanı kinostudiyaya kim bağışlayıb».
Müşfiq Hətəmov kinoda dövrlərin, əşyaların, geyim mədəniyyətinin dəqiq göstərilməsi filmin keyfiyyətinə xidmət etdiyini vurğulayıb:
«Dünyanın böyük kino şirkətləri bu vasitədən istifadə edib uğurlu nəticələrə nail olublar. Atdığımız bu addım gələcək nəsil üçün böyük xəzinə ola bilər. Qoruyub-saxladığımız əşyalara, rekvizitlərə, dekorasiyalara hər zaman ehtiyac olacaq».
M. Hətəmov bu sahədə ciddi problemlər olduğuna diqqət çəkib:
«Düzdür, bizim sifarişimizlə bəzi paltarlar tikilir, amma burda ciddi problemlər olur, paltarların tikilişində səhvlərə yol verilir. Bir daha təkrar etmək istəyirəm ki, Azərbaycan kinosunu sevən insanların evindəki əşya atılacaqsa, lazımsızdırsa, yaxud əzizdirsə, 430-17-91 nömrəli telefona zəng etsinlər. Əşyalar kinostudiyanın hesabına daşınacaq».
M. Hətəmov əlavə edib ki, rekvizit zənginliyi baxımından kinostudiyanın hazırkı vəziyyəti o qədər də qənaətbəxş deyil: «Bizim rekvizit seximiz var. Amma bu məsələdə vəziyyətimizi qənaətbəxş hesab etmək olmaz. Adətən, lazım olan əşyaları Sabunçu bazarından alırıq, amma bu, həmişə köməyimizə çatmır».
Kinostudiyanın direktoru sonrakı mərhələlərin anonsunu da verib: «İlkin mərhələdə biz əşya və geyimləri qəbul edirik, sonrakı mərhələlərdə köhnə avtomobillərlə bağlı müraciət etmək fikrimiz var».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG