Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 23:52

Tacikistanda prezident seçkisi keçirilir


Foto arxiv
Foto arxiv
4-cü müddət uğrunda mübarizə aparan prezident Emomali Rahmonun rəqiblərini asanlıqla udacağı gözlənilir.Qalan 6 namizəd o qədər də tanınmış siyasi xadimlər deyil və seçki kampaniyaları zamanı hökuməti tənqiddən çəkiniblər.

Müxalifətdə olan Sosial-Demokrat partiyası seçkini baykot edəcəyini bəyan edib.
Partiya hakimiyyəti müxalifətin vahid namizədi Oinihol Bobonazarovanın namizədliyini qeydə almamaqda ittiham edir.

Rəsmi məlumata görə, yerli vaxtla saat 14-dək seçkidə 60 faiz seçici iştirak edib.
Azadlıq Radiosunun müxbiri bir sıra pozuntular müşahidə etdiyini xəbər verir.O bir qadının bütün ailə üzvləri-10 nəfərin yerinə səs verdiyini deyir.

ATƏT-in müşahidəçi missiyasının rəhbəri Gordana Comic hələlik seçkinin sakit keçdiyini deyir.

Seçki ərəfəsində ölkədə You Tube və digər tanınmış informasiya portallarına giriş məhdudlaşdırılıb.

Emomali Rahmon 1992-ci ildən hakimiyyətdədir.
XS
SM
MD
LG