Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:03

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq


Arxiv foto

Arxiv foto

-
Noyabrın 6-da bir neçə rayonun qaz təchizatında fasilələr olacaq. Bu barədə “Azəriqaz” məlumat yayıb. Fasiləyə səbəb təmir işləridir.
Saat 09:00-dan Hacıqabul rayonunun bir hissəsinə, 09:00-dan 20:00-dək İmişli rayonuna və Saatlı rayonunun bir hissəsinə, saat 13:00-dan Sumqayıt şəhərinin bütün yaşayış məntəqələrinə, Siyəzən və Xızı rayonlarının bir hissəsinə, saat 14:00-dan 17:00-dək isə Binəqədi rayonunun Sulutəpə və Çiçək qəsəbələrinə təbii qaz verilişində fasilələr yaranacaq.
XS
SM
MD
LG