Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:46

Jurnalist döyülmə faktı üzrə istintaqın getmədiyini deyir


İdrak Abbasov

İdrak Abbasov

-
Jurnalist İdrak Abbasovun bir il yeddi ay bundan əvvəl döyülməsi faktı üzrə istintaq hərəkətsizliyindən verdiyi apelyasiya şikayəti təmin olunmayıb. Bu barədə AzadlıqRadiosuna jurnalist özü məlumat verib.
İSTİNTAQDAN XƏBƏR YOXDUR
Abbasov 2012-ci ilin aprelində Sulutəpədə evlərin söküntüsünü işıqlandırarkən ciddi xəsarət alıb. Hadisə zamanı jurnalitlər 20-yə yaxın polis və Dövlət Neft Şirkətinin təhlükəsizlik xidməti əməkdaşının hücumuna məruz qalıb.
İdrak Abbasovun döyülməsi üzrə Cinayət Məcəlləsinin 221.2, xuliqanlıq maddəsi ilə cinayət işi açılıb. Jurnalist və vəkilləri onun vəzifə borcunu yerinə yetirərkən döyüldüyünü əsas gətirərək 163-cü maddə ilə cinayət işi açılmasına dair vəsatətlər qaldırıblar, ancaq qəbul olunmayıb.
Həmin hadisədə Abbasovun gözü, qabırğaları, daxili orqanları zədələnib. O, müalicəsini indi də davam etdiyini bildirir:
«Ancaq son 7-8 ayda istintaqın hansı yerdə olması barədə heç bir məlumat ala bilmirik. Səbayel Rayon Məhkəməsinə müraciət etdik. Təəssüf ki, iddiamız təmin olunmadı və apelyasiya şikayəti verdik».
​İşi Daxili İşlər Nazirliyinin Baş İstintaq İdarəsi aparır. Noyabrın 6-da Bakı Apelyasiya Məhkəməsində keçirilən prosesdə DİN təmsilçisi cinayət işinin bağlanmadığını deyib. Hakim də DİN-in işə xitam verməməsinə əsaslanaraq şikayəti təmin etməyib.
«SİYASİ İŞLƏRİN MƏHKƏMƏSİ BAŞLAYIB, AMMA...»
İdrak Abbasov:
İdrak Abbasov xəstəxanada müacilə alarkən

İdrak Abbasov xəstəxanada müacilə alarkən

«Bugünkü prosesdə mənə bəlli oldu ki, bir müddət əvvəl işə xitam verilib, indi bərpa olunub. İşdə xeyli şahid dindirilmişdi, məni döyənlərin şəkilləri mənə təqdim olunmuşdu, onları tanımışdım. Görünür, bu insanların cəzalandırılması üçün siyasi iradə yoxdur. NİDA-çılara, İsmayıllı məhbuslarına qarşı qondarma, siyasi işlərin məhkəməsi başlayıb, mənim bir il yeddi ay əvvəl döyülməyim barədə cinayət işinin istintaqından isə xəbər-ətər yoxdur».
Azərbaycan Dövlət Neft Şirkətinin komissiyası hadisədən bir müddət sonra açıqlama yayaraq şirkətin Təhlükəsizlik İdarəsinin (Tİ) iki əməkdaşı ilə İdrak Abbasov, onun yaxın qohumları arasında münaqişə baş verdiyini bildirirdi. Məlumatda o da qeyd olunurdu ki, İdrak Abbasovun həmin ərazidə vaxtaşırı çəkiliş aparmaq istəyi heç də onun jurnalist fəaliyyəti ilə bağlı deyil, şəxsi maraqlarına xidmət edib.
İdrak Abbasovun xəsarət alması faktı bir sıra beynəlxalq hüquq-müdafiə qurumlarının hesabatlarına salınıb, jurnalistin döyülməsi pislənilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG