Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:18

Müstəqillik illərində ilk dəfə dövlət büdcəsinin gəlirləri azalacaq


-
Noyabrın 12-də Milli Məclis dövlət büdcəsinin layihəsini müzakirəyə çıxaracaq.

2014-cü ildə dövlət büdcəsinin gəlirləri 4% azalacaq.

İNFOQRAFİKA
Hökumət 2014-cü ildə dövlət büdcəsinin gəlirlərini 18 mlrd. 384 mln. manat proqnozlaşdırır. Həmin göstərici builkindən 775 mln. manat azdır.

Dövlət büdcəsinin xərcləri 20 mlrd 063 mln manat planlaşdırılıb. Bu illə müqayisədə (19 mlrd. 850 mln. manat) xərclər 2014-cü ildə 213 mln. manat və ya 1.1% artacaq.

2014-cü ildə dövlət büdcəsinin kəsiri indiki ilə müqayisədə 1 mlrd. manat artaraq 1 mlrd. 679 mln. manat olacaq.

2014-cü ildə Neft Fondundan büdcəyə transferlər bu illə müqayisədə 2 mlrd. manat (17.7%) azalacaq və 9 mlrd. 337 mln. manata enəcək. Bir maraqlı detal: Neft Fondundan transferlər nəzərə alınmadan dövlət büdcəsinin gəlirlərində 15.9% artım proqnozlaşdırılır (+1 mlrd. 238 mln. manat).

2014-cü ildə qeyri-neft sektorunun payı 6 mlrd. 245 mln. manat olacaq. Bu, 2013-cü ilin göstəricisindən 1 mlrd. 076 mln manat və ya 20.8% çoxdur. Vergilər Nazirliyi dövlət büdcəsinə 7.1 mlrd. (+11%), Gömrük Komitəsi 1 mlrd. 510 mln. manat (+9.4%) təmin edəcək.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG