Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:54

İqtidarın «zalım olma» ehtiyacı? [Video]


-


Azərbaycan hakimiyyətini zalım saymaq olarmı? «İşdən sonra» verilişində bu mövzu ətrafında müzakirə olunub.

Hüquqşünas Erkin Qədirli hesab edir ki, hakimiyyətin zalımlığı daxili ehtiyacından irəli gəlir:

«Azərbaycan hakimiyyəti hökumət kriteriyalarına cavab vermir, konstitusiya qaydalarına uyğun deyil. Bu baxımdan, bizdə zalımlıq legitimlik problemiylə bağlıdır. Azərbaycanda siyasi sistemin özünün gətirdiyi problemlər var. Hakimiyyət daha çox ideologiya adamlarına təzyiq edir. Təqiblər, həbslər, böhtanlar var. Bütün bunlara sistemin özünün daxili ehtiyacı var. Kimlərəsə təzyiq, həbs həmin şəxsə xüsusi mənfi münasibətlə bağlı deyil. Məqsəd hakim elitanın mövqeyini möhkəmləndirməkdir. Ölkədə qanunun aliliyi, ideologiya, hekayə yoxdur».

Siyasi psixoloq Samirə Qasımlı zalımlığı avtoritar rejimlərə xas cəhət kimi qiymətləndirir:

«Avtoritar rejimlərin zalım olmağa ehtiyacı var. Siyasi psixologiyada «avtoritar lider» anlayışı var. Bütün avtoritar liderlərin məfkurəsi eynidir. Onlar daha çox milliyyətçiliyin üzərində dayanırlar. İnsanları «biz və bizdən olmayanlar» kimi qruplaşdırırlar. Hakimiyyət cəmiyyətin beyninə yeridir ki, bizim oturuşmuş siyasətimiz var, Azərbaycanda sabitlikdir».

Siyasi psixoloq cəmiyyətdə hakimiyyətlə bağlı stereotiplərin olduğunu deyir:

«Biz valideynlərimizdən də həmişə eşitmişik ki, özündən böyüyə qarşı çıxma, sus. Cəmiyyətdə də bu cür yanaşma var hakimiyyətə. «Yuxarı nə deyir haqlıdır» təfəkkürü var insanlarda».

Filosof Toğrul Cuvarlı düşünür ki, Azərbaycan hakimiyyətini o qədər də zalım saymaq olmaz:

«Bizim hakimiyyətin zalımlıq imkanları məhduddur. Biz nə qədər gileylənsək də, tənqidi qəzetlər də var, verilişlər var. Avropalılar da bilirlər ki, biz keçid dövründəyik və müəyyən bir mərhələni keçməliyik…».
XS
SM
MD
LG