Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:33
.
Bu gün Tacikistanda prezident seçkisi başlayıb.

Hazırkı prezident Emomali Rahmon-un asanlıqla dördüncü müddəti də qazanacağı gözlənir. Digər beş namizəd tanınmayan simalardır, dövlətin maliyyəsi ilə keçirilən seçki kampaniyasında hökumətin siyasətini açıq tənqiddən çəkiniblər. Müxalifətin Sosial Demokrat partiyası seçkini boykot edəcəyini deyib. Kampaniyanın “konstitusiyanın pozulması” və “dövlətin təşkil etdiyi saxtakarlıqla” keçdiyi bildirilir.
ATƏT Tacikistanın dövlət mediasını kampaniya dövründə Rahmon barədə geniş məlumat verməkdə qınayıb. Seçki ərəfəsi YouTube, həmçinin müstəqil xəbər portalı qismən bloklanıb.
Tacikistan Orta Asiyanın ən yoxsul ölkələrindəndir. İşsizlik və korrupsiya yüksək səviyyədədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG