Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:18

«Eurovision»da Azərbaycanı bu uşaq təmsil edəcək


Rüstəm Kərimov
Rüstəm Kərimov
-
Ukraynanın Milli Teleradio Şirkəti (UMTŞ) noyabrın 30-da Kiyevdə keçiriləcək «Uşaq Eurovision-2013» müsabiqəsinin iştirakçısı olan ölkələrin siyahısını açıqlayıb.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, müsabiqədə 12 ölkə iştirak edəcək: Azərbaycan, Belarus, Makedoniya, Gürcüstan, Malta, Moldova, Niderland, Rusiya, San-Marino, İsveç, Ukrayna və Ermənistan.

Azərbaycanı «Uşaq Eurovision-2013» müsabiqəsində Rüstəm Kərimov təmsil edəcək.

Rüstəm Kərimov 2003-cü ildə Bakı şəhərində anadan olub. İki yaşından oxumağa başlayıb, 8 yaşından fortepianoda çalmağa başlayıb.

İndi Rüstəm R.Behbudov adına 2 saylı 11 illik Musiqi Məktəbində təhsil alır.

Müsabiqədə Rüstəm Kərimov «Mən və mənim gitaram» mahnısını ifa edəcək.

«Uşaq Eurovision-2013» müsabiqəsi özündə yeni qabiliyyət axtarmağa və yeni istedadları inkişaf etdirməyə çağıran «Be Creative» («Yaradıcı ol») devizi altında keçiriləcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG