Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:59
-

Tanınmış Amerika yazıçısı Jonathan Franzen son açıqlamaları ilə Twitter əhlini qəzəbləndirib.


Franzen “BBC Radio 4”ə müsahibəsində sosial şəbəkələrin ədəbiyyata, yazıçıların həyatına mənfi təsir etdiyini bildirib.

Onun sözlərinə görə, ədəbiyyat aləmi Twitter-ə elə aludə olub ki, ədəbi agentlər “tvit eləməyən” yazıçıların əlyazmasına baxmaq belə istəmir:

“Amerika nəsri ilə bağlı bir məqam məni xüsusən narahat edir. Sosial media indi prosesin məcburi elementinə çevrilib. Ədəbi agentlər gənc yazarlara deyir ki, Twitter-də azı 250 izləyicin yoxdursa, sənin əlyazmana gözümün ucuyla da baxmaram… Baxıram ki, bir zamanlar öz vaxtını peşəkarlığının artırılmasına sərf edən və heç yerdə işləmədən özünü dolandıran yazıçılar indi heç nə qazana bilmirlər, çünki dayanmadan özünüreklam işi ilə məşğul olmağa məcburdurlar”.

Franzen bundan əvvəl “Guardian” qəzetində də sosial şəbəkələri tənqid etmişdi:

“Bəs çatlaşmanı, tvitləşməni, sosial şəbəkədə özünütəbliği sosial ünsiyyətin dözülməz səviyyədə dayaz forması sayan yazıçılar neyləsin? Bəs dərin ünsiyyət qurmaq, çap dünyasının sakit və davamlı aurasında ürək söhbəti etmək istəyən, vaxtilə çap sahəsində keyfiyyətə müəyyən nəzarətin təmin edildiyi, ədəbi nüfuzun yalnız özünüreklam səs-küyü ilə ölçülmədiyi zamanların yazıçılarını sevə-sevə oxuyub formalaşan yazarlar necə olsun?”

Twitter-də aktiv olan bəzi yazarlar, nəşriyyat redaktorları və ədəbiyyatşünaslar bu fikirlərinə görə, Franzen-i geridəqalmışlıqda, müasir texnologiyaların faydasını anlamamaqda suçlayıblar.

"Guardian"a istinadla oxuzali.az

Günün bütün mövzuları

XS
SM
MD
LG