Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:53
-
Azərbaycan prezidenti İlham Əliyevlə Belorus lideri Aleksandr Lukashenko arasında fərq nədir?

Azadlıq Radiosunun mərkəzi xəbər xidmətinin əməkdaşı bu sualı Avropa Birliyinin rəsmisi, İsveçin xarici işlər naziri Carl Bildt-ə ünvanlayıb.

Ondan soruşub ki, necə olur, Avropa Birliyi insan haqlarının pozulduğu Belorusun liderini bu ayın sonunda Vilnüsdə Şərq Tərəfdaşlıq Proqramı çərçivəsində keçirəcəyi sammitə dəvət etmir, insan haqlarının pozulduğu başqa bir ölkənin – Azərbaycanın rəhbərini dəvət edir.

Bu, təzad sayıla bilərmi?

Carl Bildt deyib ki, “Belorus prezidenti Lukashenko ona müxalifətdə olan siyasi liderlərin hamısını həbs etdirib. Azərbaycanda da bu sahədə vəziyyət yaxşı deyil. Amma Belorusdan fərqlidir”.
İlham Əliyev və Lukaşenko

İlham Əliyev və Lukaşenko


Azərbaycanla Avropa Birliyi viza rejimini sadələşdirmək barədə sazişi, gözlənilir ki, bu ayın axırında Vilnüs sammitində imzalayacaqlar.

Azadlıq Radiosunun müxbiri cənab Bildt-dən onu da soruşub ki, Azərbaycanda keçirilmiş son prezident seçkilərinə münasibəti necədir?

Bildt deyib ki, ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları bölməsinin seçkiyə verdiyi qiymət kifayət qədər sərt idi.

- Sizcə, bu Avropa Birliyi ilə Azərbaycan arasında əlaqələrə təsir edəcəkmi?

- Bu, əlbəttə, təsir edir müəyyən yönlərdə. Mən bilirəm ki, Bakı Demokratik İnstitutlar və İnsan Haqları bölməsinin qiymətləndirməsindən məmnun deyildi. Amma bu təşkilatın standartları belədir. Azərbaycan gələn seçkini keçirəndə bu qiymətləndirmədən nəticə çıxarmalıdır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG