Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:52

Rusiyada 14 yaşlını vəhşicəsinə döyən şəxs saxlanılıb


Moskva vilayətinin Zelenoqrad şəhərində 14 yaşlı azərbaycanlı Rövşən Kazımovu amansızcasına döyən şəxs saxlanılıb.

Azərbaycan Daxili İşlər Nazirliyinin Rusiyadakı nümayəndəsi Eldar Səmədov APA-ya onun 20 yaşlı Mikhail lısakov olduğunu və barəsində cinayət işi qaldırıldığını bildirib.

İnsident noyabrın 1-də 12 saylı sərnişin avtobusunda baş verib.Nəticədə 14 yaşlı əlil Rövşən Kazımov amansızlıqla döyülərək xəstəxanaya düşüb.Həkimlər ona kəllə-beyin və göz travması diaqnozu qoyublar.

Azərbaycanın Rusiyadakı səfirliyi və Daxili İşlər Nazirliyi məsələni diqqətdə saxlayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG