Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:26

İsmayıllı hadisələrində ittiham olunanların hazırlıq iclası davam edib


İsmayıllıda etiraz aksiyası - 25 yanvar 2013
İsmayıllıda etiraz aksiyası - 25 yanvar 2013
-
Noyabrın 5-də Şəki Ağır Cinayətlər Məhkəməsində İsmayıllı hadisələrində ittiham olunanların hazırlıq iclası davam edib. Məhkəmədə həbsdə olanların qohumları ilə ünsiyyətə şərait yaradılıb.

Vəkil Nəvaid Abbasovun AzadlıqRadiosuna verdiyi məlumata görə, vəkillərin cinayət təqibinə xitam verilməsi, həbs-qəti imkan tədbirinin dəyişdirilməsi və ev dustaqlığı ilə əvəz olunmasıyla bağlı vəsatətləri təmin olunmayıb.

Məhkəmə qarşısına 18 nəfər çıxarılıb. Onların arasında ReAl hərəkatının lideri İlqar Məmmədovla Müsavat başqanının müşaviri Tofiq Yaqublu da olub.

Zalda REAL hərəkatının lideri İlqar Məmmədov prezident İlham Əliyevin söylədiklərinə zidd olaraq məhkəmənin qeyri-şəffaf və qeyri-obyektiv keçirildiyini bildirib.

Müttəhim Vasif İbrahimov isə deyib ki, istintaq dövründə o təcridxanada döyülüb.

Bu il yanvarın 23-də İsmayıllıda “Çıraq” otelinin inzibatçısı Emil Şəmdinov və onun tanışı Elməddin Məmmədov yerli sakinləri təhqir etmişdilər. Bundan sonra bir qrup sakin oteli və onun həyətində olan xarici markalı maşınları yandırmışdı.

Yanvarın 24-də isə yerli sakinlər rayon icra başçısının istefası tələbilə etiraz aksiyasına başlamış və olay təhlükəsizlik qüvvələri ilə qarşıdurmaya çevrilmişdi.

İlqar Məmmədov və Tofiq Yaqublu yanvarın 24-də vəziyyətlə tanış olmaq üçün İsmayıllıya getmişdilər. Bundan sonra isə onlar həbs edilmişdilər.

İsmayıllı hadisələrinə görə tutulanlar «külli miqdarda əmlakı məhvetmə», «kütləvi iğtişaşlar təşkiletmə, bu cür hərəkətlərdə fəal iştiraketmə» və «hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiqetmə» maddələri ilə suçlanırlar. Müdafiə tərəfi ittihamları qəbul etmir.

Bu maddələrin hər biri üzrə 2 ildən 7 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur.

Məhkəmə prosesi noyabrın 18-də davam edəcək
XS
SM
MD
LG