Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:08

“Silk Way” Aviaşirkətinin əməkdaşına qarşı ittiham elan olunub


“Silk Way” Aviaşirkəti MMC-in “Ground Handling Company” filial əməkdaşının qanunsuz hərəkətlərinə görə qaldırılmış cinayət işinin istintaqı yekunlaşıb.

Baş Prokurorluğun saytında yerləşdirilmiş məlumatda deyilir ki, “Ground Handling Company” filialının transfer və sərnişinlərə xidmət üzrə agenti Elmin Novruzov xidmətin sabiq əməkdaşı Mirzəli Quliyevlə əvvəlcədən razılaşıb. Bu razılaşmaya görə, 3 min ABŞ dolları müqabilində sonuncunun tanışları olan İran İslam Respublikasının 4 vətəndaşı və digər 2 şəxsin vizasız və hazırladıqları saxta minik talonları əsasında “Azərbaycan Hava Yolları” QSC-nin Bakı-London istiqamətində uçan təyyarəsi ilə ölkə ərazisini qanunsuz tərk etmələrinə şərait yaradıb. Bununla da cəmiyyətin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurub.

Elman Novruzova Cinayət Məcəlləsinin 308.1 (vəzifədən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı), Mirzəli Quliyevə 320.1 (rəsmi sənədləri saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələrində nəzərdə tutulan ittiham elan edilib.

Cinayət işinin istintaqı tamamlanaraq Xəzər Rayon Məhkəməsinə göndərilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG