Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:05

Harry Kasparov Latviyadan vətəndaşlıq istəyir


H. Kasparov
H. Kasparov
-
Şahmat üzrə keçmiş dünya çempionu Harry Kasparov Latviyadan vətəndaşlıq istəyir.
Latviya Seyminə yaxın mənbənin məlumatına görə, Kasparov Latviya qarşısındakı xüsusi xidmətlərinə görə ona vətəndaşlıq verilməsini istəyir.
Kasparov bildirib ki, “Latviya vətəndaşı olmaqla demokratiya uğrunda məhdudiyyətsiz siyasətlə məşğul olmaq imkanı əldə edəcək”.
Kasparov oğlunun anasının Latviya vətəndaşı olduğunu və Latviyada yaşadığını da bildirib.
Harry Kasparov 2005-ci ildə Rusiyada Birləşmiş Vətəndaş Cəbhəsi təşkilatını yaradıb. Sonradan müxalifəti birləşdirməyə cəhddə iştirak edib. İyun ayında isə xaricə gedib. Bildirib ki, yaxın vaxtlarda Rusiyaya qayıtmağı planlaşdırmır. Bu da onun İstintaq Komitəsinə çağırılması ilə bağlıdır.
Kasparov Facebook səhifəsində yazıb ki, istintaq onun hərəkət azadlığının məhdudlaşdırılmaq fikrindədir.
Harry Kasparov 1963-cü ildə Bakıda doğulub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG