Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:39
-

Yazıçı Rövşən Yerfinin Azərbaycandakı həbsxanalardan bəhs edən “Penitensiar Lövhələr” adlı nəsr kitabı işıq üzü görüb.

“Zero” nəşriyyatında çap olunan kitabda uzun illər həbsxana sistemində çalışmış müəllifin cəzaçəkmə müəssisələrinin həyatına dair əhvalatlarla bağlı hekayələri, qadın cəza evindən bəhs edən “Həbsxana bənövşəsi” adlı pyesi və bir müsahibəsi yer alıb.

Müəllif kitaba yazdığı ön sözə bu sözlərlə başlayır: “Mən sizə cəzaçəkmə yerləri, həbsxana həyatı, oralarda baş verənlər, dünya içərisində “dünyanın”, dövlət içərisində “mini dövlətin” özünəməxsus xüsusiyyətləri barədə qısa söhbətlər etmək istəyirəm. Bu kitab qısa desəm, Penitensiar sahəyə aid son illərdə yazdığım kiçik həcmli yazılarımın hesabatıdır".”.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabı "Akademiya" Kitab Mərkəzindən, "Akademkitab"dan. "Yeraltı", "Bukinist", "Kitab Klubu" və "28 may" metrosunun ətrafındakı mağazalardan əldə etmək mümkündür.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG