Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:48
ABŞ kəşfiyyatının Avropa liderləri və vətəndaşlarının telefon söhbətlərini güdməsi ilə bağlı məlumatlar ABŞ-la Avropa Birliyi arasındakı ticarət danışıqlarını pozmamalıdır.O bunu Polşaya səfəri zamanı deyib.Kerri qeyd edib ki, vətəndaşların terror təhlükələrindən qorunması ilə onların şəxsi həyatı arasında düzgün balans tapılmalıdır.

Avropa Birliyi ilə ABŞ arasında belə bir ticarət razılaşması dünyada nəhəng azad dicarət zonalarından biri olmalıdır.

John Kerri Polşanın xarici işlər naziri Radoslav Sikorski ilə görüşdən sonra həmçinin bildirib ki, Avropada hava hücumlarından müdafiə sistemləri qurulması ABŞ-ın əsas məqsədlərindən biridir. Suriya məsələsinə gəldikdə isə dövlət katibi Suriya rejiminin Cenevrədə keçiriləcək sülh konfransına gələcəyinə ümidlə yanaşdığını deyib.


Suriya müxalifəti hələlik Cenevrə konfransında iştirakla bağlı bir araya gələ bilməyib.

Məlumatlara görə ABŞ və Rusiyanın nümayəndələri çərşənbə axşamı Cenevrədə BMT və Ərəb Dövlətləri Liqasının Suriya üzrə xüsusi nümayəndəsi Lakhdar Brahimi ilə görüşəcəklər.

Günün bütün mövzuları

XS
SM
MD
LG